Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Radikal qruplaşmalara ən az qoşunlan azərbaycanlılardır” - Mübariz Qurbanlı

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Mesaad İbrahim Al-Sulaimlə görüşüb.

Komitədən Simsar.az-ın verilən məlumata görə, görüş zamanı səfir M. Al-Sulaim Azərbaycanda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.

O, dini radikalizm meyllərinin getdikcə daha çox gücləndiyi müasir dünyamızda ekstremist qruplara qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini önə çəkib.

M. Qurbanlı isə bu il Həcc ziyarətinin müvəffəqiyyətli təşkilinə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib. Radikal və ekstremist qrupların İslamla heç bir əlaqəsinin olmadığını qeyd edən komitə sədri deyib ki, hazırda müsəlman ölkələri arasında belə qruplaşmalara ən az qoşunlanlar Azərbaycan vətəndaşlarıdır.

M. Qurbanlı qeyd edib ki, dini maarifləndirmənin gücləndirilməsi, radikal qrupların gəlir mənbələrinin qarşısının alınması və onlara qarşı sərt hüquqi-inzibati tədbirlərin görülməsi radikalizmlə mübarizənin mühüm elementləridir.

Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib.






15 Oktyabr, 2014  12:48 Baxılıb: 730 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner