Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda qəzaların ən çox qeydə alındığı küçələr açıqlandı

Bu ilin 9 ayı ərzində Bakının inzibati ərazisində baş verən yol qəzalarının əksəriyyəti Heydər Əliyev prospektində (32 hadisə), Nobel prospektində (26 hadisə), Zığ yolunda (22 hadisə), Azadlıq prospektində (18 hadisə), Ziya Bünyadov prospektində (18 hadisə), Mərdəkan-Bakı yolunda (16 hadisə), Mərdəkan-Buzovna yolunda (16 hadisə) qeydə alınıb.

Simsar.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən bildiriblər ki, 2014-cü ilin 9 ayı ərzində paytaxtın inzibati ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə qəzaların sayı 73 fakt (ötən il 752 fakt), ölənlərin sayı 21 nəfər (ötən il 258 nəfər), xəsarət alanların sayı isə 102 nəfər (ötən il 769 nəfər) azalıb.

Baş vermiş qəzalar nəticəsində həlak olanlardan 164 nəfəri kişi, 59 nəfəri qadın, 14 nəfəri uşaq, yaralananların isə 431 nəfəri kşi, 189 nəfəri qadın, 47 nəfəri uşaq olub.

Hadisələrin baş verməsinin əsas səbəbləri sürət həddinin aşılması (40,1 faiz), ötmə qaydalarının pozulması (31,5 faiz), yolayrıcılarını keçmə qaydalarının pozulması (7,1 faiz), avtomobilin sərxoş halda idarə edilməsi (1,5 faiz) olub.

Hadisələrin növləri arasında toqquşmalar (31,2 faiz), aşmalar (21,1 faiz), avtomobillə piyadaların vurulması (51 faiz), maneəni vurmalar (9,7 faiz) çoxluq təşkil edib.

Piyadaların vurulması nəticəsində 118 nəfər (il ərzində qəzalarda ölənlərin 49,8 faizi) ölüb, 251 nəfər (il ərzində qəzalarda yaralananların 37,6 faizi) yaralanıb.






15 Oktyabr, 2014  11:33 Baxılıb: 655 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner