Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Silahlı Qüvvələrdə KİV-lə işin təşkili haqqında Təlimat hazırlandı

Azərbaycan müdafiə nazirinin qərarı ilə «Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat» hazırlanıb.

APA-nın məlumatına görə, bu barədə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin «Azərbaycan Ordusu qəzetində yayımlanmış məqaləsində qeyd olunub.

Məqalədə bildirilib ki, prezident İlham Əliyevin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» sərəncamının icrası məqsədilə hazırlanmış təlimatda KİV nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistlərin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər əksini tapıb: «Kütləvi informasiya vasitələri ilə necə işləmək və münasibətləri hansı formada qurmaq mövzusunda bilik və təcrübəyə yiyələnmiş şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunu başa vurmuş bir qrup hərbi qulluqçunun ilk buraxılışının həyata keçirilməsi, KİV nümayəndələrinin Silahlı Qüvvələrin hərbi hissələri və müəssisələrində fəaliyyət göstərməsinə dair akkreditə qaydalarının hazırlanması istiqamətində görülən işlər, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili məsələlərinin müəyyən edilməsi, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər də nazirliyin diqqət mərkəzindədir».






15 Oktyabr, 2014  11:22 Baxılıb: 691 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner