Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda “Ebola” səfərbərliyi - Aparatlar quraşdırıldı, palatalar ayrıldı

“Ölkəyə daxil olan xaricilərin xüsusilə Afrika ölkələrindən gələn vətəndaşların temperaturlarını ölçmək üçün sərhəd-keçid məntəqələrində xüsusi aparatlar quraşdırılıb”.

Bu barədə Simsar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Taun Əleyhinə Gigiyena Mərkəzinin laborotoriya müdiri Musa Cahanov məlumat verib.

O deyib ki, sərhəd-keçid məntəqələrində şübhəli halların qarşısını almaq üşün əcnəbi vətəndaşlardan sorğu aparılır: “Onların hansı ölkədən gəldiyi müəyyənləşdirilir. Xəstəliyin əlamətləri haqda koordinatlar götürüldükdən sonra həmin vətəndaşlar ölkəyə buraxılır”.

Onun sözlərinə görə, aeroportlar və ya sərhəd-keçid məntəqələrində virusun simptomları aşkar olunan insanlar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılan hazır palatalara göndəriləcək, orada hospitallaşdırılacaq və yoxlanılacaq:

“Virusun simptomlarını, xüsusən də hərarəti aşkarlamaq üçün temperaturu ölçən xüsusi aparat – termovizorun quraşdırılması üçün işlər davam etdirilir. Azərbaycanda “Ebola” virusu ilə bağlı hər hansı şübhəli hal aşkar olunarsa, həmin şəxsin yerləşdirilməsi üçün müvafiq yer ayrılıb”.

O bildirib ki, ebola virusunun müəyyən olunduğu ölkələrdə müalicə üçün bir neçə vaksin sınaq mərhələsindən keçirilir.  Eksperimentlər sona çatmadığına görə bu haqda fikir söyləmək erkəndir. Hələ dünyanın heç bir ölkəsində bu vaksinlər tətbiq olunmur.

M. Cahanov deyib ki, Səhiyyə Nazirliyi Azərbaycanda “Ebola” virusuna qarşı bütün hazırlıq işlərini görüb: “Şübhəli hal aşkar olunarsa, xəstələrin yerləşdirilməsi üçün palatalar, müasir tematik müalicənin aparılması üçün də kifayət qədər dərman var. Bu virusun spesifik müalicə preparatları yoxdur, amma simptomatik müalicə üçün kifayət qədər dərman və ehtiyat mövcuddur. Nazirlik tərəfindən bütün sərhəd məntəqələrində aparatların quraşdırılması təklif istiqamətində işlər görülür. Bizim üçün əsas məsələ Afrika ölkələrindən gələn insanların hərəti ölçən bu aparatlar vasitəsilə yoxlanılmasıdır. Hər hansı hal aşkar olunarsa, bu barədə Səhiyyə Nazirliyinə məlumat veriləcək”.

Aysel Kərimova






15 Oktyabr, 2014  11:15 Baxılıb: 851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner