Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İşsizliyin səviyyəsi 5 faizə enib – NAZİRLİK

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Moskva Ofisinin sosial müdafiə üzrə mütəxəssisi xanım Mariko Ouçi ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə Ofisi ilə ölkəmizdə mövcud əmək haqqı siyasəti barədə aparılan müzakirələrin davamı kimi keçirilən görüşdə İ. İsayev ölkəmizin sosial-iqtisadi inkişafı barədə məlumat verib.

Nazir müavini bildirib ki, əhalinin gəlirlərinin artırılması üçün məşğulluq imkanlarının genişləndirilməsi daim diqqətdə saxlanılır. Bu istiqamətdə aparılan işlərin uğurlu nəticəsi kimi, 2004-cü ildən bəri ölkədə 1,3 milyon yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə enib. Qarşıdakı dövrdə isə ölkədə işsizliyin tam aradan qaldırılması əsas hədəflərdən biridir.

İ.İsayev ölkənin əmək qanunvericiliyinin BƏT-in Konvensiyalarına uyğun şəkildə təkmilləşdirildiyini, son vaxtlarda isə əməyin mühafizəsi sahəsində strateji məqsədləri özündə əks etdirən “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın hazırlandığını, sosial tərəfdaşlarla əməyin mühafizəsi üzrə üçtərəfli komissiyanın yaradılmasına başlandığını diqqətə çatdırıb. O bildirib ki, əməyin ödənilməsi və əmək haqqı sisteminin təkmilləşdirilməsi istiqamətində də ölkədə fəal siyasət həyata keçirilir. Son 10 ildə respublikada minimum əmək haqları 16 dəfə artırılıb və inflyasiya göstəricisini dəfələrlə üstələyib. Həmçinin orta aylıq əmək haqları mütəmadi olaraq yüksəlir. Ölkənin bütün istiqamətlərdə strateji hədəflərini əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında növbəti illərdə də minimum əmək haqlarının artırılması nəzərdə tutulur. Minimum əmək haqqının artırılması sahəsində aparılan işlərdə BƏT-lə fəal əməkdaşlıq da diqqətdə saxlanır. İ.İsayev ölkəmizdə tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi, onun əhəmiyyəti barədə də məlumat verərək bildirib ki, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasını təmin edən bu sistem eyni zamanda əmək bazarına dair geniş informasiya bazasını formalaşdırır. Əmək məsələləri, habelə əmək haqqı sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq təhlillərin aparılmasında bu məlumat bazası xüsusi önəm daşıyır.

Xanım M.Ouçi Azərbaycanda əmək qanunvericiliyinin mütərəqqi normalar əsasında və BƏT-lə əməkdaşlıq şəraitində təkmilləşdirilməsi yönündə aparılan işləri, eyni zamanda əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqini yüksək dəyərləndirib. O, eyni zamanda respublikada məşğulluq imkanlarının genişlənməsi şəraitində əmək haqlarının artırılması sahəsində əldə olunan uğurların təqdirəlayiq olduğunu və qarşıdakı dövrdə bu sahədə yeni irəliləyişlərə nail olunacağına əminliyini bildirib.

Daha sonra nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssislərinin iştirakı ilə əmək haqqı siyasətinin inkişafı sahəsində qarşıda duran məsələlərə dair müzakirələr aparılıb.

 

 







15 Oktyabr, 2014  09:26 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner