Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Neft ucuzlaşdı: Azərbaycanı nə gözləyir?

Dünyada baş verən siyasi və iqtisadi prosseslər isə neftn qiymətinə öz təsirini göstərir. Son 10 gündə neftin qiymətindəki sürətli eniş bir daha onu göstərir ki, 2015-ci il neft gəlirləri üçün o qədər də uğurlu il olmaya bilər. Neft istehsalçısı olan Azərbaycanın durumu necə ola bilər?

Dünya birjalarında neftin qiyməti anbaan ucuzlaşır. Simsar.az-ın məlumatına görə, sentyabrda 1 barel neftin qiyməti 100, oktyabrın əvvəlində 90 dollara düşsə də, hazırki, rəqəmlər 90 dollardan da aşağı endiyini göstərir. Bu günə olan məlumata görə isə Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar ucuzlaşaraq 85,74 dollar, London birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,32 dollar azalaraq 88,89 dollar olub. Statistikaya nəzər salsaq görərik ki, son 2 il ərzində qara qızılın qiyməti bu qədər aşağı düşməyib. İqtisadçı ekspert İlham Şaban hesab edir ki, neftin qiymətinin belə sürətlə aşağı enməsinə ölkələrin və iri şirkətlərin 9 ayın yekunları ilə bağlı makroiqtisadi göstəricilərini açıqlaması səbəb olub.

“Birincisi, hazırda dünyada ən inkişaf etmiş region və ölkə Amerikadır. İkincisi, avropada inkişaf proqnozdan aşağı düşdü. Üçüncüsü, uzun illər yüksək makroiqtisadi tempi göstərən Çin artıq o tempdən aşağı düşməyə başladı. Bütün bunlar bazara təsir edən amillərdir”, - deyə iqtisadçı ekspert İlham Şaban bildirib.

Suriya, İraqın İŞİD-lə mübarizəsi, Ukraynada baş verənlər, qısası qızğın müharibələrin getdiyi bir dönəmdə, neftin qiymətinin kəskin enməsinin ardında siyasi maraqların olduğu istisna deyil. Politoloq Fikrət Sadıqov deyir ki, tarix boyu neftin və qazın qiymətinin enməsi siyasi maraqlardan irəli gəlib. Elə Sovet hakimiyyətinin dağılmasına səbəb olan əsas amillərdən biri neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi olub. Çünki, iqtisadiyyatı neftin üzərində qurulan ölkələri bu metodla çökdürmək daha asandır.

“Bu addımlar Rusiyanın iqtisadiyyatını zəiflədəcək. Başqa bir maraq İŞİD üzərində qurulub. Neftin həcmi artıb. Əsas oyunçular Səudiyyə Ərəbistanı və İraq neftini yaxşı qiymətə satmaq istəyir”.

Dünya bazarında neftin qiymətinin artıq bir çox ölkələri təşvişə salıb. Məsələn, Venesuella vəziyyətdən çıxış yolu axtarır. Bəs bu kəskin ucuzlaşmanın Azərbaycana iqtisaliyyatını təsiri necə olacaq. Ekspertlər deyir ki, 2014-cü ilin büdcəsində gəlirlərin formalaşmasına neftin qiymətinin aşağı enməsinin təsir etməyəcək. Çünki, 2014-cu ilin yanvar ayında “AzəriLayt” markalı neftin bir barreli 108, müxtəlif aylarda 109, hətta 113 dollara qədər qalxıb ki, bu gözləniləndən daha çox gəlir əldə edilməsinə səbəb olub. 2015-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 90 dollar nəzərdə tutulub. Qiymət 90 dollardan aşağı olarsa, hökumətin qabaqlayıcı tədbirlər görməsi labüddur.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, neftin dünya bazarında qiymətinin azalmasının Azərbaycan iqtisadiyyatına təsirini minumumlaşdırılmasının əsas yolu iqtisadiyyatı şaxələndirilməsinə nail olmaqdır.

"İqtisadiyyatda neft sektorunun payının azaldılması, qeyri-neft sektorunun payının artırılmasından ibarətdir. Təbii ki, iqtisadiyatın şaxələndirilməsi qısa müddətli dövür üçün əldə edilən bir hədəf deyil. İqtisadiyyatın şaxələndirilməsi orta və uzun dövürlər üçün nəzərdə tutulan bir hədəfdir”.

Bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə prezident İlham Əliyev demişdi ki, dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda Azərbaycanda qeyri-neft sektoru 6 faiz artıb. Bu səbəbdən ümid etmək olar ki, dünya bazarında neftin qiymətinin aşağı enməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşəcək.







14 Oktyabr, 2014  22:35 Baxılıb: 993 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner