Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsa Qəmbər və Əli Kərimliyə qarşı yeni təşkilat

İki partiyadan kənar format təklif edilir

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu apaya deyib ki, partiya sədrinin sözlərinə görə, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət müxalifət düşərgəsində təmsil olunan bir sıra siyasi partiyanın iştirakı ilə Müxalifətin Məsləhətləşmə Mərkəzinin yaradılması ilə bağlı təklif irəli sürüb: “Məsələ burasındadır ki, müxalifət deyəndə İsa Qəmbər və Əli Kərimli özlərini nəzərdə tutur, Lalə Şövkət isə bu iki partiyadan kənar formatı təklif edir. Fikrimcə, Müxalifətin Məsləhətləşmə Mərkəzi reallığı əks etdirə bilməyəcək. Belə hesab edirik ki, müxalifət vahid güc mərkəzi yaratmalıdır. Ona görə də bu ideyalara çox da isti baxmırıq. Bu, gələcəkdə müxalifətin daha böyük birliyinin yaradılmasına əngəl ola bilər. Yəni müxalifətin daxilindəki 2 mərkəz arasında rəqabət olacaq”.

S. Cəlaloğlu bu təklifin İP yaranandan sonra meydana çıxdığını da söyləyib. ADP sədri təklifin “Qarabağ” blokunda müzakirə edildiyini də qeyd edib: “Bizim məqsədimiz müxalifətin birliyinə nail olmaqdırsa, rəqabət şəraiti yaratmamalıyıq. Qüvvəmizin boş yerə sərf etməyin mənası yoxdur. Çalışmalıyıq ki, müxalifətin güc mərkəzini yaradaq. Hazırkı halda isə İctimai Palata müxalifətin güc mərkəzi rolunda çıxış edə bilməz. Bu baxımdan da gündəmdə müxalifətin güc mərkəzinin yaradılması ideyasının reallaşdırılması məsələsi qalır”.






12 Aprel, 2011  19:43 Baxılıb: 1326 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner