Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Məhəmmədəlinin səhhəti pisləşdi

Ağır çəkidə boks üzrə keçmiş dünya çempion Məhəmmədəlinin parkinson xəstəliyi səbəbindən səhhətinin pisləşdiyi bildirilir.

İngiltərə mediasının xəbərinə görə, keçmiş idmançının qardaşı Rəhman ağır sinir sistemi xəstəliyinə qarşı mübarizə aparan 72 yaşlı Məhəmmədəlinin həyatından bəhs edən sənədli filminin təqdimat mərasimində verdiyi açıqlamada onun evdən çıxmadığını, danışmağa çətinlik çəkdiyini, bununla belə, filmin işıq üzü görməsindən qürur duyduğunu bildirib.

1974-cü ildə boks üzrə ikinci dəfə dünya çempionu adını qazandıqdan az sonra İslam dinini qəbul edən idmançının qızı Maryum atasının filmi bəyənəcəyinə əmin olduğunu deyib.

Xatırladaq ki, karyerası ərzində rinqə çıxdığı 61 döyüşün 56-da qələbə qazanan Əli peşəkar boksa keçməzdən əvvəl, 1960-cı ildə Roma Olimpiya oyunlarının da qalibi olub.

AzərTAc

 






14 Oktyabr, 2014  18:28 Baxılıb: 754 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner