Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir müavini “Ebola”dan danışdı – AÇIQLAMA

“Təəsüf ki, bəzi KİV-lərdə Ebola virusu olan ölkələrdən iştirakçılara qarşı xüsusi məhdudiyyətlərin qoyulduğu haqqında yalnış məlumatlar yayılıb”.

Simsar.az-ın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Bakıda 28-30 oktyabr tarixlərində keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumu dünyanın bir çox ölkələrində böyük marağa səbəb olub.

İ. Babayev qeyd edib ki, tədbirə ev sahibliyi edən ölkə kimi Azərbaycan üçün bu forumun yüksək səviyyədə keçirilməsi ən ümdə məsələdir: “İştirakçıların sayı ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, hər bir beynəlxalq tədbirdə olduğu kimi, bizim Forumun  da əsas təşkilatçısı olan Birləşmiş Millətlər Təşkilatı tərəfindən ölkələr üçün kvotalar müəyyən edilib (say məhdudiyyəti) və bu kvotalar bütün ölkələr üçün eynidir. Biz dinindən, milliyətindən, irqi məsubiyyətindən asılı olmayaraq heç bir ayrı seçkiliyə yol vemirik və bütün ölkələrdən qeydiyyatdan keçmiş iştirakçıları qəbul etməyə hazırıq”.

İ. Babayev bəzi problemlərin meydana çıxdığını da bildirib: “Problem ondadır ki, bəzi ölkələr ayrılmış kvotadan daha çox namizədlər irəli sürüblər və biz tədbirin şərtlərinə riayət edərək bunun mümkün olmadığını həmin ölkələrin nəzərinə çatdırmışıq.”

Aysel Kərimova

 

 







14 Oktyabr, 2014  14:33 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner