Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İranın Radio-Televiziya Təşkilatının sədri İqtisadiyyat və Sənaye Nazirliyində olub

Oktyabrın 13-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqamini qəbul edib.

Simsar.az xəbər verir ki, nazir Şahin Mustafayev ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını, əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanda qonşu İranla əlaqələrin genişlənməsinə xüsusi önəm verilir. Təsadüfi deyil ki, bu ilin 9 ayında dövlət başçıları Davos, Tehran və Həştərxanda olmaqla 3 dəfə görüşüb, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Bu görüşlərdə aparılan danışıqlar, müxtəlif sahələrdə imzalanmış sənədlər Azərbaycan-İran əlaqələrinin inkişafına mühüm töhfəsini verir. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Bunun nəticəsidir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq genişlənir, iş adamları arasında əlaqələr inkişaf edir. Şahin Mustafayev ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini qeyd edərək bu ilin avqust ayında komissiyanın Bakıda keçirilib 9-cu iclası çərçivəsində bir sıra sahələrdə əməkdaşlığın inkişafına dair razılıq əldə edildiyini diqqətə çatdırılıb. Bank, ticarət, gömrük, kənd təsərrüfatı, turizm, rabitə və İKT və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Şahin Mustafayev Dövlət Komissiyasının həmsədri kimi radio-televiziya sahəsində də əlaqələrin genişləndirilməsinə hər cür dəstək göstəriləcəyini bildirib.

İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami səmimi qəbula görə təşəkkür edib, ölkəsində televiziya və radio yayımının təşkili və inkişafı üçün görülən işlər barədə məlumat verib. İzzətullah Zərqami bu sahədə Azərbaycanın peykindən istifadə edilməsi niyyətini bildirib, İranın rəqəmsal ötürücü stansiyalar istehsal etdiyini vurğulayaraq, bu ötürücülərdən Azərbaycanda da istifadə edilməsi təklifinin aidiyyəti qurumlara təqdim edildiyini diqqətə çatdırıb.

Görüşdə xalqlarımızın ənənələrinin, malik olduqları dəyərlərin qorunması və təbliğində televiziya və radionun əhəmiyyəti qeyd edilmiş, bu sahədə əməkdaşlığın faydalı olacağı vurğulanıb.

Görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin iştirak edib.

 






14 Oktyabr, 2014  13:54 Baxılıb: 730 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner