Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ İŞİD-lə bacarmadığını etiraf etdi

ABŞ Baş Qərargah rəhbəri Martin Dempsey Barak Obamanın İŞİD-i öncə zəiflətmək və sonra məhv etmək məqsədiylə yaratdığı koalisiya dövlətlərinin hava hücumlarının, bölgədə irəliləməyə davam edən İŞİD-lə mübarizədə uğur qazandırmadığını etiraf edib.

ABC televiziyasına danışan Martin Dempsey İŞİD-in bombardıman başlayannan bu yana takitaka dəyişdirməyə davam etdiyini deyib. “Hədəflərinin aşkar edilməsini əngəlləyir. Raportlara görə, qırıcıların sadəcə 10%-i raket atır. Onları hədəf almaq çətindir. Necə manevr edəcəklərini, cəmiyyətdən necə stifadə edəcəklərini yaxşı bilirlər. Lakin bir hədəf aşkarlasaq yox edəcəyik”.

Dempseyin bu etirafları mediada, İŞİD-in İraq və Suriyada niyə qarşısının alına bilinmədiyinin səbəbləri kimi göstərilib.

İŞİD-in artıq Bağdada çox yaxınlaşdığını deyən  Martin Dempsey, terror təşkilatının, Bağdad Hava Limanını hədəf aldığını vurğulayıb: “Hava limanının 20-25 km-liyinə qədər gəliblər. İraq ordusunu keçsələr ora çatacaqlar. O hava limanına ehtiyyacımız var. Buna icazə verə bilmərik”.

Bölgədə İŞİD-lə vuruşan İraq əsgərlərinin də olduğu üçün hava hücumlarından lazımınca istifadə edə bilmədiklərini qeyd edən baş qərargah rəhbəri, Obamaya, İraqa qurudan da qoşun göndərmək planının təklif ediləcəyini deyib. O, gələcəkdə həyata keçiriləcək quru hərakatının İŞİD-lə mübarizəyə istiqamət verəcəyini vurğulayıb.

Vüsal Qarayev







14 Oktyabr, 2014  13:04 Baxılıb: 733 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner