Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK iclas keçirib

2014/2015-ci tədris ili üçün təqvim planı üzrə işlərin yerinə yetirilməsi ilə bağlı iclas keçirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, 2014/2015-ci tədris ili üçün təqvim planı üzrə işlərin regionlarda yerinə yetirilməsi məqsədilə 13.10.2014-cü il tarixdə TQDK-da iclas keçirilib. Tədbirdə Ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektoru və TQDK-nın regional bölmələrinin əməkdaşları iştirak ediblər. Təqvim planında nəzərdə tutulan işlərin şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən vaxtında və dəqiq yerinə yetirilməsinin vacibliyi vurğulanıb, qarşıda duran məsələlər geniş müzakirə edilib. “Şagird-məzun” sistemində yaradılmış yeni imkanlar və onlardan istifadə qaydaları iştirakçıların diqqətinə çatdırılıb. Seminarda regional bölmələrin əməkdaşlarının görüləcək işlərlə bağlı təklifləri dinlənilib və onların verdiyi suallar ətraflı cavablandırılıb.

 

Aysel Kərimova







14 Oktyabr, 2014  12:43 Baxılıb: 792 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner