Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İranda yeni azəbaycandilli kanal açılır

"Bir neçə gün sonra İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq".

Bunu Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Televiziya kanalında əsasən iki ölkə arasındakı əməkdaşlıq, mədəni əlaqələrimiz işıqlandırılacaq: "Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalında ölkəmizdə çəkilən televiziya serialları, uşaqlar üçün cizgi filmləri, sənədli filmlər yayımlanacaq. Həmçinin bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək".

O, əlavə edib ki, həmin televiziya kanalında Azərbaycanda istehsal olunan faydalı filmlər də nümayiş olunacaq.

İ. Zərqami bildirib ki, İran Azərspace-1 peykinin imkanlarından yararlanmaq niyyətindədir: "Səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran Azərspace-1-dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutur".

O,  həmçinin qeyd edib ki, səfəri çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunub.

 

Hüseyn İbadlı






14 Oktyabr, 2014  12:27 Baxılıb: 825 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner