Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Aksiyaçılar istəklərinə çatdı

“Alyans-NN” Mənzil Tikinti Kooperativi 65 mənzilin açarını şikayətçilərə təqdim etdi

Ötən həftə “Alyans-NN” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən aldadıldığını iddia edən bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirib. Aksiyaçıların 65-i mənzil, 5 isə qeyri-yaşayış sahəsi üçün vəsait ödədiyini, lakin pulu ödənmiş mülkə sahib ola bilmədiklərini bildiriblər.

Bu gün isə şikayətçiləri “Alyans-NN” MTK-nın icraçı direktoru Şirin Əzizov qəbul edib. Ofisin qarşısına yığılan şikayətçilərlə görüşən icraçı direktor onların şirkətlə müqavilələrinə baxdıqdan sonra həmin sənədlərin qaydasında olub- olmadığını müəyyənləşdirərək bildirib ki, mayın əvvəlinə kimi problem həllini tapacaq.

“Sənədlər saxta deyil və aprelin sonu, mayın əvvəllərinə kimi öz mənzillərinizə sahib olacaqsınız. Hazırda isə Xətai rayonu Axundov, 39 ünvanda yerləşən binada təmir işləri aparıldığı üçün biz sizi ora buraxmırıq”- deyə Ş.Əzizov şikayətçilərin diqqətinə çatdırıb.

Şikayətçilər Ş.Əzizovdan aldıqları mənzillərin açarlarını istəyiblər, icraçı direktorun tapşırığı əsasında 65 mənzilin açarları sahiblərinə təqdim edilib. Bir həftə ərzində qalan qeyri-yaşayış sahələrinin də açarları sahiblərinə təqdim olunacaq.

Simsar.az








12 Aprel, 2011  18:57 Baxılıb: 1426 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner