Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

2 milyona yaxın insan elektron informasiya sistemindən istifadə edib

Simsar.az xəbər verir ki, cari ilin sentyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən 1 042 712 nəfər  istifadə edib. Bu göstərici ilə qeyd olunan elektron xidmət növü “Elektron hökumət” portalında (www-e-gov.az) ən çox istifadə olunan elektron xidmətlər üzrə təqdim etdiyi siyahıda birinci yerdədir.

Eyni zamanda ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidmətindən yararlanan  vətəndaşların sayı da getdikcə artır. Son bir ayda bu xidmət növü 73 055 nəfər istifadəçi sayı ilə həmin siyahıda 3-cü yerdə qərarlaşıb.  Beləliklə, cari ilin sentyabr ayı ərzində ƏƏSMN-nin (www.mlspp.gov.az) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi (EİS) 1 milyon 116 min 873 nəfər istifadəçi ilə ilk yeri tutur.

Bu il iyul ayının 1-dən istifadəyə verilən ƏƏSMN-nin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən son 3 ay ərzində isə ümumilikdə 1 milyon 752 min 383 nəfər istifadə edib. Bu elektron xidmətdən istifadə edənlərin sayının çoxluğu əmək müqaviləsi bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsini nəzərdə tutan islahat tədbirində işəgötürənlərin fəal iştirakını göstərir.

Qeyd edək ki, əmək müqaviləsi bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsi ölkədə əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına  xidmət edir.

Vüsal Qarayev







14 Oktyabr, 2014  10:52 Baxılıb: 1123 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner