Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mətbuat Şurasından Rasim Ocaqovla bağlı MÜSABİQƏ

Mətbuat Şurası xalq artisti Rasim Ocaqovun xatirəsi ilə bağlı müsabiqə elan edir.

AzNews.az xəbər verir ki, Mətbuat Şurası 2014-cü ilin noyabrında Şəki şəhərində Azərbaycanın tanınmış kinorejissoru, kinooperatoru, ssenaristi, respublikanın xalq arsisti Rasim Ocaqovun xatirəsinə həsr edilən sənədli filmlər festivalı keçirəcək.

Məqsəd həyatın müxtəlif sahələrinə aid düşündürücü, tamaşaçıları ictimai əhəmiyyət daşıyan problemlərin həllinə istiqamətləndirən ekran əsərlərinin çəkilişinə töhfə vermək, mövcud istiqamətdə araşdırmaçı yaradıcılıq dəst-xəttini stimullaşdırmaqdır.

Təqdim olunan filmlər üçün aşağıdakı xüsusiyyətlər nəzərə alınacaq:

Mövzunun aktuallığı;

Bədii-publisistik duyum;

Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın dolğunluğu;

İfadə vasitələrinin zənginliyi;

İnformasiyalılıq.

Qiymətləndirmə Mətbuat Şurasının yaratdığı və tərkibi tanınmış kino mütəxəssislərinin və jurnalistlərin daxil olduğu Münsiflər Heyəti tərəfindən aparılacaq.

Təqdim olunmuş sənədli filmlər bir neçə nominasiya üzrə mükafatlandırılacaq.

Ən yaxşı mövzu seçimi;

Ən yaxşı ssenarist işi:

Ən yaxşı rejissor işi;

Xüsusi mükafat - 1 film

Mükafatlar noyabrın 25-də Şəki şəhərində keçiriləcək və Rasim Ocaqovun xatirəsinə həsr olunacaq sənədli filmlər festivalında təqdim ediləcək.

Müsabiqəyə 40 dəqiqəyə qədər davamiyyət müddəti olan filmlər buraxılacaq. Qəbul 15 oktyabr 2014-cü il tarixdən 15 noyabr 2014-cü il tarixədək hər gün saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasının ofisində aparılacaq.

Təqdimat zərfinə əlavə olunmalıdır:

Film (diskdə);

Filmin qısa məzmunu barədə bildiriş;

Təqdim edən şəxsin tərcümeyi-halı;

Təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Əlavə məlumat almaq istəyənlər aşağıdakı telefonlara müraciət edə bilərlər.

(012) 441 35 96

(050) 534 93 26






13 Oktyabr, 2014  16:41 Baxılıb: 742 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner