Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şahin Mustafayev kollegiya iclası keçirdi

İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.

Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2014-cü ilin 9 ayında qazanılmış sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib.

O diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti sosial-iqtisadi sahədə əldə olunmuş uğurları yüksək qiymətləndirib, bu uğurlarda dövlət proqramlarının, o cümlədən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın rolunu qeyd etmiş, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.

Belə ki, dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi, inkişafın qeyri-neft sektoru hesabına təmin edilməsi, maliyyə ehtiyatlarının artırılması, növbəti illərdə büdcə xərclərinin daha çox dayanıqlı inkişafı təmin edən layihələrə yönəldilməsi, bu ilin sonuna qədər Dövlət İnvestisiya Proqramının təsdiq edilməsi, xidmət sektorunun inkişafı, Cənub Qaz Dəhlizi layihəsinin icrasına Azərbaycan şirkətlərinin podratçı qismində cəlb edilməsi, sosial sahəyə böyük diqqət göstərilməsi, işsizliyin tamamilə aradan qaldırılması və s. barədə tapşırıqlar verib. Azərbaycan Respublikasının Prezidenti çıxışında növbəti 2-3 il ərzində əsas infrastruktur layihələrinin icrasının başa çatdırılması, su-kanalizasiya layihələrinin həyata keçirilməsi, kənd yollarının, yeni məktəblərin tikintisi, qəzalı vəziyyətdə olan təhsil müəssisələrinin təmir edilməsi, bütün şəhərlərdə müasir avadanlıqlarla təchiz edilmiş tibb mərkəzlərinin yaradılması, Bakıda və bölgələrdə yeni bağçaların tikintisinin davam etdirilməsi kimi mühüm vəzifələr müəyyənləşdirib.

Nazirlər Kabinetinin iclasında dövlət başçısı sənayenin Azərbaycanın gələcək inkişafında prioritet sahələrdən olduğunu vurğulayaraq, alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı, sənaye klasterlərinin yaradılması prosesinin davam etdirilməsi, Azərbaycan İnvestisiya Şirkətinin bu sahədə yaxından iştirakı və xarici investorların cəlb edilməsi, idxalda üstünlük təşkil edən inşaat materiallarının istehsalının genişləndirilməsi istiqamətində konkret tapşırıqlar verib.

Simsar.az

 

 

 







13 Oktyabr, 2014  16:07 Baxılıb: 846 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner