Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Qaqauz Yerində Ermənistanın işğalçılıq siyasətindən danışdı

Millət vəkili Qənirə Paşayeva Moldovanın Qaqauz Yerini səfəri çərçivəsində Ticarət-Sənaye Palatasını ziyarət edib və Palatanın rəhbəri Paşalı Mixail Petroviç və palata nümayəndələri ilə görüşüb. Azərbaycan ilə Moldova arasında, o cümlədən Qaqauz Yeri arasında münasibətlərin yüksək səviyyədə olmasının məmnuniyyətverici olduğunu deyən Ticarət-Sənaye Palatasının rəhbəri  Paşalı Mixail Petroviç qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını vurğulayaraq, əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu deyib və öz tərəflərindən çalışmaları daha da artıracaqlarını qeyd edib. Millət vəkili Qənirə Paşayeva, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və bu siyasətin davamçısı  prezident  İlham  Əliyevin hər zaman Qaqauz türklərinə sevgi və dəstəklə yanaşdığını deyərək, Azərbaycanla Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu deyib. O, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandığını deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın Qaqauz Yeri ilə müxtəlif sahələrdə əlaqələrin daha da inkişaında maraqlı olduğunu qeyd edib. Millət vəkili  Azərbaycanla  bağlı, özəlliklə də  Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş bilgilər verib, fikir mübadiləsi aparılıb. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışaraq, deyib ki, dünyanın harasında yaşamasından etnik və dini mənsubiyyətindən asılı olmayaraq ədalətin və insanlığın yanında olan bütün insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Ticarət-Sənaye Palatasının rəhbəri  Paşalı Mixail Petroviçə  Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və özünün müəllifi olduğu kitabları təqdim edib.

Simsar.az







13 Oktyabr, 2014  15:51 Baxılıb: 661 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner