Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gənc xanəndə Şanxayda konsert verəcək

Gənc xanəndə Qoçaq Əsgərov Çinin ən böyük şəhərlərindən olan Şanxayda “Shanghai Üorld Music Festival-2014” festivalı çərçivəsində üç günlük konsert proqramı ilə çıxış edəcək.

Oktyabrın 16-da səhnəyə çıxacaq xanəndənin çıxışından əvvəl musiqişünas, UNESCO-nun eksperti Sənubər Bağırova iştirakçılara Azərbaycan musiqisi, muğamları haqqında məlumat verəcək.

Q.Əsgərov Simsar.az-a bildirib ki, bu dəvət ona dünya ulduzlarının konsertini təşkil edən məşhur menecer Lijiang Tang tərəfindən edilib. İngiltərədəki konsertimi dinləyən menecer mənim səsimi festival dinləyicilərinə eşitdirmək qərarına gəlib. Konsertdə “Mahur”, “Şur” muğamları, “Bayatı-Şiraz”, “Şüştər” təsnifləri və xalq mahnılarını səsləndirəcəyəm.

Xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edəcək.

Konsertin afişaları artıq Şanxayın küçələrinə vurulub. Orada Qoçaq Əsgərov ictimaiyyətə “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edilib.

 

Günel







13 Oktyabr, 2014  15:45 Baxılıb: 877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner