Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gömrükçülər qədim Malta Kitabxanasında

Azərbaycan Gömrük Xidməti və Gömrük Tarixi Muzeyinin nümayəndələri əsası 16-cı əsrdə qoyulan Malta Milli Kitabxanasında olublar.

Simsar.az xəbər verir ki, kitabxananın məsul şəxsi Cerl Falzon Azərbaycan nümayəndə heyətinə kitabxana haqqında məlumat verib.

Tədbirdə bildirilib ki, milyonlarla oxucusu olan kitabxanada ingilis, italyan, fransız və alman dillərində minlərlə kitab toplanıb.

Nümayəndə heyətinin rəhbəri, gömrük xidməti general-mayoru Qambay Əliyev ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri və incəsənət xadimləri haqqında bütöv bir kitab kolleksiyasını kitabxanaya təqdim edib. Kolleksiyaya Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də Bakıdan, milli xalça məktəbindən bəhs edən nəşrlər də daxildir. Eyni zamanda, kitabxanaya artıq 20 ildən çoxdur Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan, Azərbaycan mədəniyyətinin beşiyi və ən qədim şəhər¬lərindən biri olan Şuşa haqqında kitablar da verilib.

Cheryl Falzon belə dəyərli hədiyyəyə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edib və bildirib ki, bunlar kitabxananın Azərbaycan bölməsində ilk kitablar olacaq.

 

Simsar.az







13 Oktyabr, 2014  15:29 Baxılıb: 726 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner