Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Layihələndirmə işləri aparılır” - Nəqliyyat Nazirliyi

“Türkiyə mütəxəssisləri yeni dəmir yolu xəttinin Naxçıvan ərazisinə birləşdirilməsi üçün layihələndirmə işləri aparır”.

Simsar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

O bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti Naxçıvana qədər uzanacaq. Bununla əlaqədar protokol imzalanıb. Layihələndirmə işlərində Azərbaycan mütəxəsisləri iştirak edəcək.

M. Pənahov əlavə edib ki, eyni zamanda yerli mühəndislər də bu layihələndirmə işlərində iştirak edirlər: “Qars-Naxçıvan dəmir yolu xəttinin böyük bir hissəsi Türkiyə ərazisindən keçir. Təxminən 13 km yeni tikinti işləri isə Naxçıvan ərazisində nəzərdə tutulub. Həmçinin Naxçıvan ərazisində 160 kilometr dəmir yollarının yenidən qurulmasına və inkişafına ehtiyac var. Layihə üzərində iş davam edir, kifayət qədər böyük layihədir. Onun detalları ilə bağlı ətraflı layihə hazırlandıqdan sonra hökumətə təklif ediləcək”.

 

Hüseyn İbadlı







13 Oktyabr, 2014  15:07 Baxılıb: 953 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner