Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Deputat Etibar Hüseynovla bağlı Oqtay Əsədova müraciət etdilər

Qarabağ Azadlıq Təşkilatı (QAT) deputat Etibar Hüseynovla bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib.

QAT mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, qurum Milli Məclisin deputatı Etibar Hüseynovun xoşagəlməz hərəkətindən narahatdır: “Bu deputat yenə də Azərbaycan xalqına qarşı həqarətlə çıxış edib, özünün “qoyun sürüsü” səviyyəsini yenidən nümayiş etdirib. Onun sözləri yalnız bir qrup mitinq iştirakçısına deyil, bütün Azərbaycana təhqirdir. Etibar Hüseynov hələ də anlamaq istəmir ki, bir qrup insan sərbəst şəkildə mitinq keçirir, öz mövqeyini nümayiş etdirirsə, bu, demokratiyanın, azad cəmiyyətin, ölkənin müsbət imicinin göstəricisidir. Bu xəstə adama fikir verməmək də olardı. Bu adamın hərəkəti Milli Məclisin adına ləkə gətirir, cəmiyyətdə narazılıq yaradır. Hesab edirik ki, bu adamın Milli Məclisdə qalması məqsədəuyğun deyil. Xahiş edirik, Etibar Hüseynovun son hərəkətləri ilə bağlı Milli Məclisin rəhbərliyi, İntizam komitəsi tərəfindən ciddi ölçü götürülməsi, onun deputatlıqdan məhrum edilməsi mexanizminin işə salınması ilə bağlı təşəbbüs edəsiniz. Ümid edirik ki, müraciətimizə diqqətlə yanaşacaqsınız və bu başabəla deputata qarşı başqa metodlardan istifadə etməyə ehtiyac qalmayacaqdır”.

Simsar.az

 

 







13 Oktyabr, 2014  14:50 Baxılıb: 782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner