Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Vurğun Əyyub İsa Qəmbəri nədə ittiham etdi? - AÇIQLAMA

“Müsavat Partiyasının qurultayının gedişi ilə bağlı konkret narazılıqlar var və bununla əlaqədar partiyanın uyğun qurumlarına müraciət edilib. Bu müraciəti araşdırıb, konkret cavab vermək əvəzinə, söz oyunu oynamaqla, müxtəlif bəhanələr göstərməklə məşğuldurlar. Təbii ki, partiyada bu cür münasibətdən narazı qalıb, istefa verənlər olur”.

Bu sözləri Simsar.az-a açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü, Müsavat başqanı postuna seçkilərdə Qubad İbadoğlunu dəstəkləmiş Vurğun Əyyub deyib. O bildirib ki, partiyada istefa verənlərə münasibət də adekvat deyil və bu, əlavə narazılıq, gərginlik yaradır. V. Əyyub hesab edir ki, sabiq başqan, hazırda Məclis üzvü olan İsa Qəmbərin partiya Məclisinin keçən həftənin şənbə günü keçirilən iclasındakı çıxışı qurultayda baş verənləri ört-basdır etmək cəhdidir: “Hər halda İsa Qəmbər də həmin şikayətlərə konkret qurumların cavabını gözləyib, münasibət bildirə bilərdi. Əvvəlcədən bu cür münasibət sərgiləmək əslində o şikayətlərin əhəmiyyətsiz bir şey olduğunu nəzərə çatdırmaq, yaxud, o qüsurları ört-basdır etmək cəhdidir”.

V. Əyyub qeyd edib ki, ortada konkret müraciətlər var və o müraciətlər diqqətlə, ədalətli bir şəkildə araşdırılmalı, partiya üzvlərinə bu barədə cavab və məlumat verilməlidir. Müsavat Partiyasından istefa verib-verməyəcəyinə gəlincə, V. Əyyub zamanı qabaqlamaq niyyətinə olmadığını vurğulayıb: “Vurğun Əyyub Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvlərindəndir, partiyanın qurulmasına illərini vermiş adamdır. Partiyadan ayrılmaq o qədər də asan məsələ deyil”.






13 Oktyabr, 2014  12:35 Baxılıb: 729 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner