Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İslam Partiyasından açıqlama: “Səhv addım atsaq, bizi bağışlamazlar”

“Bir il öncə Azərbaycan İslam Partiyasının adının dəyişdirilməsi ilə bağlı məsələ gündəmə çıxarılmşdı. Bu partiyanın qeydiyyatı ilə bağlı idi”.

Bunu Simsar.az-a Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı Elçin Manafov partiyanın adının dəyişdirilməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirərkən bildirib.

“Bilinmədi bu məlumat dövlət tərəfindən verilmişdi, yoxsa hansısa deputatın rəyi idi. Onlar demişdi ki, qeydiyyat məsələsində İslam Partiyasının adı problem yaradır. Biz də, bu məsələ ilə bağlı olaraq mətbuata açıqlama verdik ki, əsas problem partiyanın adı deyil. Bu, sadəcə olaraq bir bəhanə idi. Biz deməmişik ki, partiyanın adını dəyişəcəyik” – Elçin Manaflı belə deyib.

O bildrib ki, 20 ildən artıqdır İslam Partiyası öz adı ilə yaşayır: “Bütün islamçılar bizim partiyaya etimad göstərir. Bu, elə bir məsuliyyətdir ki, bu gün bir səhv addım atsaq, sabah onu bizə bağışlamazlar. Bizim üçün partiyanın varlığı və mövcudluğu daha əhəmiyyətlidir. Biz deməmişik ki, partiyanının adını dəyişərik. Sadəcə demişik ki, qeydiyata alınma məsələsində partiyanın adının dəyişdirilməsi bəhanə ola bilməz. Biz bilirik ki, problem bununla da həll olunmayacaq. Buna görə də partiyanın adının dəyişdirilməsində qərarlı deyilik”.

Hüseyn İbadlı






13 Oktyabr, 2014  10:59 Baxılıb: 967 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner