Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dəmiryolçular peşə bayramını qeyd edir

Bu gün Dəmiryolçuların peşə bayramıdır.

Simsar.az -ın məlumatına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və cəmiyyətin işçiləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və həyat yoldaşı, akademik Zərifə xanım Əliyevanın məzarını, həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər.

A.Əsgərov junalistlərə açıqlmasında dəmiryolçu peşəsinin əhəmiyyətindən danışaraq, bu sahənin vacibliyindən bəhs edib.

Xatırladaq ki, peşə bayramı münasibətilə Azərbaycan Dövlət Dəmir Yolunda (ADDY) və qurumun digər bölmələrində tədbirlər  keçiriləcək.

Qeyd edək ki, 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən 2005-ci ildən qeyd olunur.

Azərbaycanda ilk dəmir yolunun inşasına 1878-ci ildə başlanıb və 1880-cı ildə sonra rəsmi açılışı olub. Dünyada ilk dəfə neft bu yolla çən vaqonları ilə daşınıb. Hazırda ölkədə dəmir yollarının uzunluğu 2 944 km, istismar uzunluğu isə 2 122 km-dir. Dəmir yolu xəttinin 1 277,1 km-i (60%) elektrikləşdirilib.

Simsar.az

 






13 Oktyabr, 2014  09:41 Baxılıb: 1006 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner