Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Qaqauz Yerində Azərbaycan həqiqətlərindən danışdı

Simsar.az xəbər verir ki, Moldovanın, Qaqauz  Yerinin  Avdarma  bölgəsində  Böyük  Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış "Memorial" abidəni, 1946-1947-ci illərdə baş vermiş böyük aclıq qurbanlarının xatirəsinə ucaldılmış abidəni, repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidəni,  Avdarmar bölgəsinin 600 ildən artıq  zəngin tarixini  simvolizə edən "Tatarskiy rodnik" (Tatar çöşməsi) adlı abidəni ziyarətdən sonra  millət vəkili  Qənirə Paşayeva bölgənin  Primarı, rəhbəri  Kasım İvan Semyonoviç ilə görüşüb. Dost Azərbaycanla münasibətlərin  bütün istiqamətlərdə daha da inkişafında çox maraqlı olduqlarını, Azərbaycan bölgələri ilə əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirən Kasım İvan Semyonoviç Azərbaycanın inkişafına hər zaman sevindiklərini deyib. Millət vəkili  Q.Paşayeva Avdarma bölgəsinin rəhbəri Kasım İvan Semyonoviçə Azərbaycanla bağlı, özəlliklə də  Ermənistanın işğalçılıq siyasəti və Xocalı  soyqırımı, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından  qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə  danışaraq, deyib  ki,  dünyanın harasında yaşamasından etnik və dini mənsubiyyətindən asılı olmayaraq  ədalətin və insanlığın yanında olan bütün  insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı  soyqırımının  tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Azərbaycan bölgələri ilə Moldova bölgələri arasında əməkdaşlığın genişlənməsi ilə bağlı böyük potensial olduğuna dair bölgıə rəhbərinin fikirləri ilə razılaşaraq əməkdaşlığın getdikcə genişlənəcəyinə inandığını deyib.   Görüşün  sonunda millət vəkili Qənirə Paşayeva Avdarma bölgəsinin rəhbəri Kasım İvan Semyonoviçə rəhbərlik etdiyi “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və  ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımıza dair  kitablar,  filmlər, materiallar və eyni zamanda Azərbaycan  mədəniyyətinə dair materiallar da təqdim edib və Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Kasım İvan Semyonoviç dəvəti məmnuniyyətlə qəbul edərək Azərbaycanı yaxından görməkdən məmnun olacağını bildirib. Səfər çərçivəsində millət vəkili bölgədəki tarix, arxeoloji, mədəniyyət muzeylərini də  ziyarət edib, muzeylərə Azərbaycan tarixi,  mədəniyyəti ilə bağlı materiallar təqdim edib,  bölgə ilə yaxından tanış olub.  Millət vəkili Q.Paşayeva Avdarma bölgəsinə səfəri çərçivəsində  ictimaiyyət nümayəndələri və  KİV nümayəndələri ilə görüşüb və  Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar,müsahibələr verib.

Simsar.az







13 Oktyabr, 2014  09:19 Baxılıb: 740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner