Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Məşhədə gedən zəvvarlarımız qəzaya düşdü - Ölən və yaralananlar var - VİDEO- FOTO (YENİLƏNİB)

Simsar.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində dünyasını dəyişənlər Neftçala rayon sakinləri - 1959-cu il təvəllüdlü Elşad Qəzənfər oğlu Məmmədov, 1961-ci il təvəllüdlü Afət Həsənağa oğlu Məhərrəmov və 1952-ci il təvəllüdlü Həbib Məhəmməd oğlu Məhərrəmovdur.

Fövqəladə Hallar Nazirliyinin qəza ilə bağlı yaydığı açıqlamada isə bildirilir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Astara yolunun 91-ci kilometrliyində  sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, avtomobildə olan 33 nəfər sərnişindən 3 nəfəri aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10  nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar. Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla  avtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Əməliyyat saat 07:30-da başa çatıb.

***10:08

Biləsuvar rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Mahmudçala adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Azərbaycandan olan zəvvarları İran İslam Respublikasının Məşhəd şəhərinə aparan sərnişin avtobusu qəfildən idarəetməni itirərək aşıb. Nəticədə sərnişinlərdən 3 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Daha 9 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 7-nə müvafiq ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Ölən və yaralanan sərnişinlərin şəxsiyyəti dəqiqləşdirilir. İlkin versiya kimi hadisənin sürücünün sükan arxasında yatması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.

 






13 Oktyabr, 2014  09:57 Baxılıb: 854 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner