Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu məsələyə baxıla bilər – NAZİR

“SABAH” qruplarının magistr səviyyələri üçün tətbiq olunmasına baxıla bilər

Ölkə prezidenti İlham Əliyevin Azərbaycan respublikasında mövcud olan təhsil səviyyəsinin qaldırılması və Azərbaycanın təhsil müəssələrinin xarici təhsil mərkəzləri ilə rəqabət apara bilməsi, təhsilin keyfiyyətində dəyişikliklərin həyata keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən “SABAH” layihəsinin tətbiqinə bu ildən başlanılıb. Simsar.az xəbər verir ki,  bunu  jurnalistlərə açıqlmasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu forum “SABAH” layihəsinin tələbələrini bir yerə gətirən, onların gələcək karyeralarının inkişafı istiqamətində  atılan bir addımdır. Bu gün onlar üçün müxtəlif master klaslar keçirilib. Müxtəlif  sferalardan olan insanlarla görüşlər və fikir mübadiləsi apramaq imkanı əldə ediblər.

Nazir bildirib ki,  Bakıda keçirilən  I Tələbə Forumunun əsil qəhrəmanları tələbələrdir. Həm dövlət orqanları, həm özəl sektorda fəaliyyət göstərən insanların bizimlə olması  bu işlərin həyata keçirilməsi çox müsbət bir haldır.

“Düşünürəm ki, bu layihə ümumilikdə ali təhsilin inkişafına,  Azərbaycan təhsilinin dərin ənənələrinə əsaslanan sistemliyə müasir təhsil sistemlərinə uyğunlaşdırılmasına növbəti bir adımdır”.

Nazir “SABAH” qruplarının magistr səviyyələri üçün tətbiq olunmasına da münasibət bildirib. O deyib ki, bu fikir forum zamanı səsləndirildi və dəyərləndirilməlidir. Dərhal yerində reaksiya vermək düzgün deyil. Maraqlı təklifdir və biz dəyərləndirməliyik. Bütün tərəflərini nəzərdən keçirdikdən sonra yekun qərar vermək olar.

 

Aysel Kərimova

 

 






11 Oktyabr, 2014  15:54 Baxılıb: 704 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner