Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elşad İskəndərov sədr seçildi

Elşad İskəndərov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçildi

Anadolu informasiya agentliyinin verdiyi xəbərlər əsasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF)   hazırladığı və yayımladığı press relizdə bildirilir ki, bu gun İstanbulda, Cırağan sarayında keçirilən rəsmi mərasimdə İKGF-nin yeni rəhbərliyinə keçirilən seçkilərin nəticələri elan edilib.

Forumun II Baş Assambleyasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 45 üzv ölkəsini təmsil edən 60-dan artıq təşkilatın  nümayəndə heyətlərinin iştirak etdiyi seçkilərin nəticələrinə görə Elşad İskəndərov yekdilliklə  İƏT Gənclər Forumunun yeni sədri seçilib.

Bu gün isə İƏT Baş Katibi İyad əl Mədəni, Türkiyə Gənclər və İdman naziri Çağatay Kılıc, İƏT Parlament Assambleyası  Baş Katibi Erol Kılıc, BMT-nin Sivilizasiyalararası Alyansının baş müşaviri Jan Kristof Bas, İstanbul valisi Vasip Şahin,  TURGEF fondunun prezidenti Bilal Erdoğan və bir sıra digər beynəlxalq təşkilatlar, həmcinin İƏT olkələrinin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən İƏT Gənclər Forumu Bas Assambleyasının təntənəli bağlanış mərasimində Elşad İskəndərovun beynəlxalq təşkilatın yeni rəhbəri vəzifəsinə seçilməsi rəsmən elan edilib.

Seçkilərin nəticələrinə görə sədrin müavinləri vəzifələrinə Türkiyə, Əlcəzair, İordaniya və İran  nümayəndələri seçilmişlər. Eyni zamanda İKGF-nin ümumi sayı 9 nəfərdən ibarət, hər biri bir ölkəni təmsil etməklə, yeni İdarə Heyəti də seçilib.

Mərasimdə cıxış edən İslam Əməkdaşlıq Təşkilatı Baş Katibi İyad əl-Mədəni, Elşad İskəndərovun ötən müddətdə Forumun Baş Katibi kimi qurumun inkişafındakı rolunu yüksək qiymətləndirmiş, bundan sonrakı fəaliyyətində ona uğurlar arzulamışdır. Eyni zamanda, o, Forum tərəfindən qəbul olunan “10 il – 10 hədəf”   adlı İstanbul Gənclik Bəyannaməsinin İƏT Xarici İşlər Nazirləri növbəti Şurasında İƏT-in gənclər siyasəti sahəsində  proqram sənədi kimi qəbul ediləcəyini də bildirmişdir. Türkiyə Gənclər və İdman naziri Çağatay Kılıc isə öz çıxışdında rəhbərlik etdiyi nazirliyin Forumun istər Türkiyə, istərsə də beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinə dəstək göstərəciyini bildirib.

Sonda mərasimdə iştirak edən yusək səviyyəli qonaqlar tərəfindən xüsusi panoda hazırlanmış Bəyannamənin imzalanmasi həyata keçirilib.

 






11 Oktyabr, 2014  15:22 Baxılıb: 906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner