Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Müğənni Elçin Hüseynov qara piarını aparanlara cavab verdi - FOTO

Simsar.az xəbər verir ki, mediada "New Life" çay evinin fəaliyyəti ilə bağlı məlumatlar səngimir.

Sözügedən məkanın tanımış estrada müğənnisi Elçin Hüseynovun adı ilə bağlı olması sənətçini mətbuat konfransı keçirməyə vadar edib.

Jurnalistləri bir araya toplayan Elçin, çay evinin sahibinin vəkili Ceyhun Yusifovla birlikdə qara piarını aparan şəxslərə cavab verdi:

"Dünəndən özümə gələ bilmirəm. Həqiqətə uyğun olmayan söz-söhbətlərdə adımın hallandırılmasını şərəf  və ləyaqətimin alçaldılması, işgüzar nüfuzuma xələl gətirmək kimi qəbul edirəm. Bu çay evinin sahibi mənim yaxın qohumlarımdan birinə məxsusdur.

Özüm və dostlarım hər dəfə bu məkana gəlib, istirahət edirik. Mən elə bir ailədə tərbiyə almışam ki, həmin ailənin həyata baxışı və davranışı, ən önəmlisi əxlaqı göstərilən halların həqiqiliyini təkzib edir. Mənə şər-böhtan atan insalar barəsində hüquq müstəvisində aydınlıq gətirəcəyəm".

Vəkil Ceyhun Yusifov da öz çıxışında bu halın qeyri-ciddi olduğunu nəzərə çatdırıb bildirdi ki, hüquq müstəvisində araşdırmanın əsassızlığı öz təsdiqini tapacaq:

"Aparılan araşdırma hər bir məsələyə aydınlıq gətirəcək. Eyni zamanda həmin halın əsassızlığı ilə bağlı mötəbər sübutlar hüquq mühafizə orqanlarına təqdim ediləcək. Hazırki açıqlamamız  araşdırmaya təyziq kimi qəbul edilməməsi üçün detallardan danışmağı məqsədəuyğun hesab etmirəm.

Çay evi Elçin Hüseynova məxsus deyil. Bu məkan sənətçinin yaxın qohumunundur.

Yayılan məlumatların sənətçi ilə heç bir bağlılığı yoxdur".

Qeyd edək ki, Elçinə dəstək olaraq tanınmış ziyalı, yazıçı-publisist Vüqar Əhməd, müğənnilər - Səfər Məmmədov, Emil Bədəlov, Mirkamil Kamilov, Əbdül Xalid və başqaları mətbuat konfransına gəlmişdilər.

 

Şahin Cavadsoy

Simsar.Az

Foto: Kəmalə Əmirova






11 Oktyabr, 2014  15:05 Baxılıb: 3725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner