Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Həcc ziyarətinə gedənlərin ilk qrupu qayıtdı

APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında zəvvarların qarşılanma mərasimi keçirilib. İlk təyyarədə 8 qrupdan ibarət 300-dən çox zəvvar olub.

Bu gün zəvvarları gətirəcək daha 3 təyyarə Bakıya enəcək. Son təyyarə reysi oktyabrın 15-də həyata keçiriləcək və bununla azərbaycanlı zəvvarların Həccdən dönüşü başa çatacaq.

Qeyd edək ki, ziyarət bu il də iki variantda təşkil olunub. Şəraiti nisbətən aşağı səviyyəli və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manat təşkil edib. Qiymətlər ötənilki qiymətlərlə eyni olub. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutub. Suriyada baş verənlər və regionda İŞİD təhlükəsi ilə əlaqədar olaraq bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyiblər. Bu il Azərbaycandan Həcc ziyarətinə 4 minə yaxın zəvvar gedib.






11 Oktyabr, 2014  14:14 Baxılıb: 757 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner