Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rövnəq Abdullayev ev payladı – FOTOLAR

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev neftçilərə yeni mənzillərin orderlərini təqdim edib.

Simsar.az ARDNŞ-ə istinadla verdiyi məlumata görə, oktyabrın 11-də neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Bünyadzadə və 28 May küçəsilərində inşa edilmiş 5 ədəd yeni yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib.

Tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak ediblər.

Məlumat verilib ki, binaların tikintisinə 2013-cü ilin yanvarından başlanılmışdır. Bünyadzadə küçəsi 7 ünvanında istifadəyə verilən yeni 9 mərtəbəli bina 2 blokdan və 64 mənzildən ibarətdir. Hər biri 32 ədəd olan 2 və 3 otaqlı mənzillərdən ibarət binanın ümumi sahəsi 5945,92 kvadrat metr, yaşayış sahəsi isə 2600,96 kvadrat metrdir. 28 May küçəsində yerləşən 4 ədəd 9 mərtəbəli yaşayış binasının isə ümumi sahəsi 23815,78 kvadrat metdrdir ki, bunun da 10099 kvadrat metri yaşayış sahəsidir. Bu binalarda ümumilikdə 27 ədəd bir otaqlı, 97 ədəd iki otaqlı, 97 ədəd üç otaqlı və 27 ədəd dörd otaqlı mənzillər vardır. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunmuş, binaların həyətində istirahət guşəsi yaradılıb, ətraf abadlaşdırılıb.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qeyd edib ki, neftçilərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzində olan məsələlərdəndir və bu sahədə mühüm tədbirlər həyata keçirilir. Rövnəq Abdullayev ARDNŞ-nin idarə və müəssisələrində çalışan işçilərin mənzil problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.

Şirkət bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə qurumdur və bu məqsədlə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Bu gün ARDNŞ üzrə 4407 nəfər işçi mənzil uçotundadır ki, onların da 3966 nəfəri Bakıda, 441 nəfəri isə respublikamızın müxtəlif rayonlarında yaşayır. Kooperativ hazırda yeni mənzillərin tikintisi işlərini sürətlə davam etdirir. Sahil qəsəbəsində inşa edilən yaşayış binasının tikintisi artıq başa çatmaq üzrədir. Bundan başqa, Bakının Bibiheybət və Qaraçuxur qəsəbələrində, eləcə də Məhəmməd Hadi küçəsində yeni binaların inşasına başlanılacağı nəzərdə tutulur. ARDNŞ-nin prezidenti neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Daha sonra Rövnəq Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim edib.







11 Oktyabr, 2014  13:50 Baxılıb: 897 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner