Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Arye Qut: “İşğal olunmuş 7 rayon Azərbaycana qaytarılacaq”

“Proqnozlar var ki, erməni işğalı altında olan 7 rayon Azərbaycana qaytarılacaq”.

Bunu Simsar.az-a Beynəlxalq münasibətlər üzrə israilli ekspert Arye Qut Ermənistanın Avrasiya İttifaqına üz qəbul olunmasının detallarından danışarkən deyib. Ekspert bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqazın geosiyasi və geoiqtisadi lideridir. Hətta Rusiya da bunu inkar etmir: “Müstəqil və dünyəvi Azərbaycan çox mürəkkəb və çox incə geosiyasi mühitdə olaraq Cənubi Qafqazda mühüm və önəmli geosiyasi rol oynayır. Regionda öz qonşuları ilə konstruktiv münasibətlərin qurulması və inkişaf etdirilməsi, dini dözümlülük, Azərbaycanın praqmatik yanaşması–bütün bu faktorların uğurlu və güclü Azərbaycanın təşəkkülündə rolu danılmazdı. Artıq 22 ildir ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunu və bu bölgəyə bitişik 7 rayonunu işğal altında saxlayır. Ermənistanın təcavüzü nəticəsində, Azərbaycan ərazisinin 20 faizi işğal olunub və ölkənin hər 7-ci sakini qaçqın vəziyyətindədir. Bu gün Azərbaycanda hərbi xərclər üçün ayrılan vəsait Ermənistanın ümumi büdcəsinin 50%-dən artıqdır. Məhz buna görə, tamamilə aydındır ki, rəsmi Bakı regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq. Bunu Rusiya da yaxşı anlayır və Azərbaycanla daha normal və praqmatik münasibətlərin saxlanmasına çalışır”.

“Ermanistanın Avrasiya İttifaqına qəbul olunması İrəvanın hüququ deyil, bu, Rusiyanin qebul etdiyi bir qərardır. Proqnozlar var ki, erməni işğalı altında olan 7 rayon Azərbaycan qaytarılacaq. Azərbaycan Prezidentinin güclü mövqeyi bir daha onu göstərir ki, sülh olmasa, müharibə yolu ilə Azərbyacan torpaqlarını işğaldan azad edəcək. Ermənistan isə başa düşməlidir ki, Azərbaycanın səbri tükənib. Beynəlxalq hüquq normalarına görə, Azərbaycan nəinki özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini azad etmək hüququna malikdir. Azərbaycan Ermənistanla dinc, yanaşı yaşamağa hazırdır. Amma bunun müqabilində, Azərbaycan, ilk növbədə işğal edilmiş rayonlardan Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, habelə azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasını tələb edir” - Arye Qut belə deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin məktubundan sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev bir neçə dəfə Ermənistanın yalnız beynəlxalq ictimaiyyətin tanıdığı sərhədlər çərçivəsində Gömrük İttifaqına qoşula biləcəyini bəyan edib: “Bu, Azərbaycan Prezidentinin "güclü Azərbaycan" diplomatiyasinin qələbəsidir”.

 

Hüseyn İbadlı







11 Oktyabr, 2014  13:44 Baxılıb: 1950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner