Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva mükafat aldı - FOTO

Millət vəkili  Q.Paşayeva  “İstedadlı Əlillər” İB tərəfindən əlillərə göstərdiyi xüsusi diqqət və qayğıya görə mükafata layiq görülüb

“İstedadlı Əlillər” İB-nin nümayəndələri millət vəkili Qənirə Paşayeva ilə görüşüblər. Simsar.az xəbər verir ki, “İstedadlı Əlillər” İB-nin sədri Cavad Qasımov görüşdə bildirib ki, millət vəkili  Q.Paşayeva əlillərə göstərdiyi xüsusi diqqət və qayğıya görə, əlilləri narahat  edən məsələləri daim nəzarətdə saxlayaraq Milli Məclisdə təkliflərlə çıxış etməsinə, əlillərlə bağlı tədbirlərdə daima aktiv iştirak və dəstəyinə, bu istiqamətdə mütəmadi olaraq məlumatlandırıcı  çıxış və yazılarına  görə  İB tərəfindən "Bizim dostumuz” mükafatına layiq görülüb.

Mükafata görə təşəkkürünü bildirən millət vəkili  Qənirə Paşayeva  əlillərin cəmiyyətimizin bərabərhüquqlu üzvü olduqlarını, onların problemlərinin və onları narahat edən məsələləri daim diqqətdə saxlamağı özü üçün bir borc olduğunu deyib.

Dövlətimizin daima əlillərə yüksək səviyyədə qayğı və diqqət göstərdiyini deyən Q.Paşayeva bir millət vəkili olaraq bundan sonra da fəaliyyətində əlilləri narahat edən məsələlərə daim diqqət və önəm verəcəyini və sözün həqiqi mənasında onların ən yaxın dostlarından biri olmağa bundan sonra daha da çox çalışacağını deyib. Millət vəkili bu cür təşkilatların fəaliyyətini yüksək dəyərləndirərək onalara uğurlar arzulayıb.







11 Oktyabr, 2014  13:37 Baxılıb: 855 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner