Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda “Türkiyə Caz Festivalı”nın açılışı olub

Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən “Türkiyə Caz Festivalı”nın açılış mərasimi olub.

Simsar.az-ın məlumatına görə, oktyabrın 16-dək keçiriləcək festivalın açılışında  Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun iştirak edib.

Festivalın təşkilatçısı, türkiyəli ifaçı Oya Ergün çıxış edərək bildirib ki, Bakıda festivalın təşkil olunması əlamətdar hadisədir.

Səfir Alper Çoşkun deyib ki, Azərbaycanda caz festivalının keçirilməsindən məmnundur: “Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq əlaqələrimiz hər sahədə sürətlə inkişaf etməkdədir. Biz sənət və mədəniyyəti birləşdirməyə böyük önəm veririk. Bu dəfə  Türkiyə caz ustadlarını Bakıdakı musiqisevərlərlə görüşdürmək istədik. Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından çox işlər görülüb. İncəsənət sahəsində, ən əsası, caz da daxil olmaqla musiqisi dünyada hörmətlə tanınan Azərbaycanda bu festivalı təşkil etmək bizim üçün böyük bir qürurdur”.

Festivalda Türkiyənin məşhur caz ifaçısı Bora Çeliker Bakı musiqisevərləri üçün caz  musiqiləri ifa edib.

Qeyd edək ki, festivalın son günü - 16 oktyabrda Azərbaycanda fəaliyyət göstərən məşhur türk ifaçısı  Oya Ergünün konserti olacaq.






11 Oktyabr, 2014  12:53 Baxılıb: 924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner