Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Ermənistan Əliyevin şərti ilə razılaşdı”

Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü razılaşdırılıb.

Simsar.az-ın məlumatına görə, bu barədə Minskdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib. Onun sözlərinə görə, Ermənistanın üzvlüyünə dair bütün hüquqi və iqtisadi məsələlər razılaşdırılıb.

“Eyni zamanda bizim Ermənistanın hansı sərhədlər daxilində qoşulduğuna dair verdiyimiz həssas sual ətrafında kompromis əldə etmək mümkün olub” - deyə Nazarbayev bildirib.

Qazaxıstan prezidenti əlavə edib ki, onun ölkəsi Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü üçün maneə yoxdur.

Xatırladaq ki, bu ilin may ayında Astanada Avrasiya İttifaqı təsis olunarkən Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu elan etmişdi. Nazarbayev bildirmişdi ki, Azərbaycan prezidenti Ermənistanın ittifaqa üzvlüyünün ancaq indiki sərhədlər daxilində mümkün ola biləcəyini və bunun nəzərə alınmasının vacibliyini bildirir.

Nazarbayevin bu bəyanatından sonra Serj Sərkisyan möhkəm pərt olmuşdu. İndi belə məlum olur ki, Sərkisyan Azərbaycan prezidentinin məktubunda vurğulanan şərtlə razılaşıb, nəticədə Nazarbayev Ermənistanın üzvlüyünə yaşıl işıq yandırıb.






10 Oktyabr, 2014  21:15 Baxılıb: 804 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner