İsrafil İbrahimov Ağdamın Quzanlı kəndində dəfn olundu
Azərbaycanın xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Mənsum İbrahimovun atası vəfat edib. Xanəndənin atası İsrafil İbrahimov 78 yaşında dünyasını dəyişib.
Mənsum İbrahimov APA-ya deyib ki, atası Ağdam rayonunun Quzanlı kəndində dəfn olunub. Yas mərasimi də mərhumun dəfn olunduğu Ağdam rayonunda keçirilir. Bu gün İsrafil İbrahimovun üç mərasimidir: “Çox ağır itkidir, mənə danışmaq çətindir”.