Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan nümayəndə heyəti Brüsseldə

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı başa çatıb. Belçikanın paytaxtı Brüsseldə baş tutmuş tədbirdə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak ediblər.

Şuradan Simsar.az-averilən məlumata görə, MŞ sədri Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, ötən bir il ərzində gördüyü işlər barədə məruzə edib. O, çıxışında Şuranın şikayətləri araşdırması təcrübəsindən söz açıb, ölkəmizdə internet media sahəsindəki meyillərə və onların MŞ-nin iş prinsiplərinə təsirinə diqqət yetirib, iştirakçıların suallarını cavablandırıb.

30-dan çox ölkədən nümayəndələrin qatıldığı toplantıda Avropada fəaliyyət göstərən Mətbuat şuralarının özünütənzimləmə tədbirləri ətrafında müzakirələr olub, həmçinin Alyansın gələcək perspektivi, strukturunun təkmilləşdirilməsi məsələlərinə toxunulub.

Növbəti belə tədbirin Avstriyada təşkili qərara alınıb.






10 Oktyabr, 2014  18:53 Baxılıb: 578 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner