Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazir litvalı səfirlə görüşdü

Litvanın Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub

Oktyabrın 10-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Litvanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası qəbul edib.

Görüşdə nazir Şahin Mustafayev ölkəmizə səfir təyin olunması münasibətilə Valdas Lastauskası təbrik edib və Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Vurğulanıb ki, Azərbaycan və Litva arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edir. Nazir Şahin Mustafayev mövcud hüquqi bazanın, Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin, keçirilən müxtəlif tədbirlərin iqtisadi sahədə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkan yaratdığını qeyd edib.

Ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi görüşdə bu il Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının növbəti iclasının və biznes forumun Azərbaycan regionlarından birində keçiriləcəyi bildirilmiş, iqtisadi sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə, o cümlədən əczaçılıq, İKT, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Nazir Şahin Mustafayev görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri Valdas Lastauskas səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib. Litva iqtisadiyyatı barədə məlumat verən cənab Lastauskas səhiyyə, texnologiyalar sahəsində ölkələrimiz arasında əlaqələrin inkişafı imkanlarına dair fikirlərini bölüşüb.







10 Oktyabr, 2014  18:03 Baxılıb: 648 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner