Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

““Karvan”dakı yanğınla bağlı cinayət işi açıldı” – PROKURORLUQDAN RƏSMİ AÇIQLAMA

Dünən axşam saatlarında Sumqayıtda, “Karvan” ticarət mərkəzində baş vermiş yanğının səbəb və nəticələrini araşdırmaq üçün istintaq qrupu hadisə yerində istintaq hərəkətlərinə başlayıb.

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN), Baş Prokurorluğun və digər müvafiq qurumların əməkdaşlarından ibarət qrup hazırda “Karvan” ticarət mərkəzində araşdırmalar aparır. Qrup ticarət mərkəzinin içində - yanğın baş verən ərazidə işləyir.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev Simsar.az-ın əməkdaşına eksklüziv açıqlamasında bildirib ki, artıq cinayət işi açılıb, istintaq gedir: “Hadisənin baş vermə səbəbləri isə ekspertizanın rəyi açıqlanandan sonra müəyyən ediləcək”.

Xatırladaq ki, oktyabrın 9-da saat 21:00 radələrində Sumqayıt şəhəri 32-ci məhəllədə 3 mərtəbəli “Karvan” ticarət mərkəzinin sahəsi 300 kv/m olan 1-ci mərtəbəsində yanğın baş verib.

Nəticədə ticarət mərkəzinin yanar konstruksiyalar və əşyalar yanıb, orada fəhlə işləyən İmişli rayon sakini İlqar Əliyev tüstüdən boğularaq ölüb. Şirvan şəhər sakinləri Ramiz Əhmədova, Ramil İsmayılova və Salyan rayon sakini Nicat İsmayılova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Hüseyn İbadlı

 

 






10 Oktyabr, 2014  13:41 Baxılıb: 867 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner