Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Kürdəmirdə narazılıq - Xəstəlikdən ölən heyvanlar su kanalına atılıb - VİDEO

Kürdəmirdə yoluxucu xəstəlik səbəbindən tələf olan 10 baş heyvanın su kanalına atılması sakinlərin narazılığına səbəb olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon ərzisindən keçən suvarma kanalından tapılan 10 baş iribuynuzlu heyvan cəsədi yaxınlıqda yaşayan əhalini ciddi narahat edir.

Noderyal dermatit xəstəliyindən tələf olan iribuynuzlu heyvanların suvarma kanalına atılması və hazırda onların orada nəzarətsiz qalması isə daha çox həmin ərazidə yaşayan kənd sakinlərini təşvişə salıb.

Antisanitariya şəraitində olan bu kanalın suyundan daha çox gündəlik təsərrüfatda istifadə edənlər isə rayonun Sorsor kəndinin sakinləridir. Sakinlər deyir ki, hələ havalar yağmurludur və üfunət o qədər də çox hiss edilmir. Acınacaqlı durum isə hava günəşli olanda olur.

İçməli suyu rayon mərkəzindən maşınlarla daşıyan kənd sakinlərinin sözlərinə görə, həyətyanı sahədəki meyvə ağacları, tərəvəz və bostan bitkiləri, eləcə də ev heyvaları üçün bu bu kanalın suyu artıq çox təhlükəlidir.

Çəkiliş aparılan vaxt əraziyə gələn rayon İcra Hakimiyyətinin və Baytarlıq İdarəsinin nümayəndələri vəziyyətdən xəbərdar olduqlarını və qısa zaman ərzində kanalda olan iri buynuzlu heyvanların cəsədlərini çıxaracaqlarını bildiriblər.

Baytarlıq idarəsinin rəisinin sözlərinə görə, iribuynuzlu heyvanların cəsədləri kanaldan çıxarıldıqdan sonra onlardan qan nümünələri götürülərək müayinə üçün zona baytarlıq laborotoriyasına göndiriləcək. Cəsədlər isə dezinfeksiya olunaraq torpağa basdırılacaq.

 

 






10 Oktyabr, 2014  12:50 Baxılıb: 844 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner