Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ermənistan Ordusu cəbhədə atəşkəsi 103 dəfə pozdu - Sentyabrda

Cari ilin sentyabr ayında Ermənistan Ordusunun bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 103 dəfə pozulub.

Simsar.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.

Ötən ay cəbhədə ən çox atəşkəs pozuntusu Ağdam rayonu istiqamətində qeydə alınıb. Qeyd olunan istiqamətdə 39 dəfə atəşkəsin pozulması baş verib.

Sentyabrda Qarabağ cəbhəsi üzrə - Goranboy rayonu istiqamətində 16, Xocavənd rayonu istiqamətində 16, Füzuli rayonu istiqamətində 12, Tərtər rayonu istiqamətində 7, Cəbrayıl rayonu istiqamətində 6, Göygöl rayonu istiqamətində 1 dəfə atəşkəs pozulması faktı qeydə alınıb.

Ermənistan-Azərbaycan dövlət sərhədində isə Tovuz istiqamətində 4, Qazax rayonu istiqamətində 2 dəfə atəşkəs pozuntusu faktı baş verib.

 






10 Oktyabr, 2014  12:39 Baxılıb: 735 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner