Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Dövlət orqanları qaydalara əməl etməlidir” - Səlim Müslümovdan tələb

“Dövlət orqanları əlillərlə bağlı mövcud normativ-hüquqi qaydalara düzgün əməl etməlidir. Bütün yeni tikilən binalarda və obyektlərdə bu istiqamətdə lazım olan bütün detallar nəzərə alınmalıdır”.

Simsar.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirdə deyib.

Nazir bildirib ki, əlillərin cəmiyyətə adaptasiyası, eləcə də onlara yazığı gəlmək kimi fikirlərin aradan qaldırılması vacib amilə çevrilməlidir: “Onların istənilən müəssisəyə daxil olması əlçatan olmalıdır. Yol kənarında gözdən əlillər üçün tikilən xüsusi yollar cəmiyyətin digər üzvləri üçün də yararlı olmalıdır. Təəssüf ki yol kənarlarında səkilərin hündür qoyulması əllillər üçün əngəl yaradır”.

S. Müslimov əlillərin sosial imkanlarının yaxşılaşdırılması məqsədilə yeni tədbirlər həyata keçiriləcəyini də qeyd edib: “ASAN Xidmət Mərkəzi ilə birlikdə Azərbaycanda indiyə qədər olmayan kiçik sexlər yaradılacaq. Avtomobil və dəmiryol vağzallarında gözdən əlil insanlar üçün əlverişli səkilərin qoyulmasına başlanılacaq”.

S. Müslümov deyib ki, universitetlərdə fiziki baxımdan problemi olan insanların uyğunlaşdırılması məsələsi Əllillər üzrə Proqrama da salınmalıdır: “Bu gün 5032 min nəfər əlil insan var və onların  25 faizi Bakıda yaşayır. Bu isə ölkə əhalisinin 4/1-i deməkdir. Biz ümid edirik ki, Avropa Olimpiya Oyunları başlayana qədər bu işlər üzərində müsbət dəyişikliklərə nail olacağıq. Hesab edirəm ki, cəmiyyətin istənilən üzvü hüquqlara eyni dərəcədə sahib olmalıdır”.

 

Aysel Kərimova







10 Oktyabr, 2014  12:18 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner