Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Karvan”da yaralananların 2-si evə buraxıldı – 3-ünün isə vəziyyəti ağırdır - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda “Karvan” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 9-da saat 21:00 radələrində Sumqayıt şəhəri 32-ci məhəllədə 3 mərtəbəli “Karvan” ticarət mərkəzinin sahəsi 300 kv/m olan 1-ci mərtəbəsində yanğın baş verib.

Nəticədə ticarət mərkəzinin yanar konstruksiyalar və əşyalar yanıb, orada fəhlə işləyən İmişli rayon sakini İlqar Əliyev tüstüdən boğularaq ölüb. Şirvan şəhər sakinləri Ramiz Əhmədova, Ramil İsmayılova və Salyan rayon sakini Nicat İsmayılova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

***13:10

Dünən axşam saatlarında Sumqayıtda, "Karvan" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəstəxanaya yerləşdirilən yaralılardan bəziləri evə buraxılıb.

Simsar.az-ın hadisə yerinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, yaralıların 2-si ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Simsar.az-a verilən məlumata görə, yaralıların 3-ü ağır bədən xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib. Yaralıların hər 3-nə tibbi yardım göstərilib. Bundan sonra yaralılar evə buraxılıb.

Stansiyadan o da bildirib ki, yanğın zamanı 1967-ci il təvəllüdlü Əliyev İlqar Tərlan oğlu dünyasını dəyişib və aidiyyəti üzrə təhbil verilib.

Qeyd edək ki, ötən gecə “Karvan” ticarət mərkəzində baş verən yanğın zamanı 1 nəfər dünyasını dəyişib, 5 nəfər isə yaralanıb.

Hüseyn İbadlı







10 Oktyabr, 2014  12:30 Baxılıb: 768 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner