Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Biləcəridəki marketdə baş verən partlayışla əlaqədar cinayət işi açıldı

Bakı şəhər Baş Polis İdarəsi və Şəhər prokurorluğu “Army” marketdə baş verən partlayışla bağlı birgə məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan Simsar.az-a verilən məlumatda bildirilir ki, oktyabrın 8-də saat 18:00 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri dairəsi adlanan ərazidə yerləşən yeni tikilmiş hündür mərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Army” marketin ərzaq anbarında, ilkin ehtimala görə, qaz sızması nəticəsində baş vermiş partlayış zamanı 1992-ci il təvəllüdlü Əhmədov Ehtiram Nadir oğlunun ölməsi, 1970-ci il təvəllüdlü Heydərova Əfşan Hüseyn qızı, 1993-cü il təvəllüdlü Namazzadə Kənan Rəsul oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Azər Nail oğlu, 1985-ci il təvəllüdlü Babayev Rahib Sergey oğlu, 1989-cu il təvəllüdlü Ədilov Qəhrəman Məzahir oğlu, 1984-cü il təvəllüdlü Eminov Rüfət Mənsur oğlu, 1974-cü il təvəllüdlü Ramazanova Cəmilə Ziyəddin qızı və 1996-cı il təvəllüdlü Məcidzadə Pərişan Rövşən qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi, həmçinin yaxınlıqda olan avtomobillərə ziyan dəyməsi faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

İş üzrə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər və rayon prokurorluqlarının, Bakı Şəhər Baş Polis İdarəsi və rayon Polis İdarəsi əməkdaşlarının, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda istintaq davam etdirilir.







10 Oktyabr, 2014  11:35 Baxılıb: 1151 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner