Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

UNİSEF-dən Hacıbala Abutalıbova İSMARIŞ

“Onların da yaşamasına imkan yaradılmalıdır”

“Cəmiyyət inkişaf etdikcə, həmin toplumda zəiflər də inkişaf etməlidir. Bu sahədə müvafiq mexanizmlərin olması vacibdir”.

Simsar.az xəbər verir ki, bunu UNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Andro Şilakadze deyib.

O bildirib ki, belə uşaqlara inkişaf etmiş ölkələrdə az rast gəlinir. Ümumiyyətlə isə bir çox ölkələrdə fiziki qüsurlu insanların sayı tam müəyyən edilməyib.

Nümayəndəliyin rəhbəri fiziki qüsurlu insanlara göstərilən münasibətə toxunub: “Biz həmin insanları fiziki qüsurlarına görə kənarda qoymamalıyıq. Onları eyni hüquqlar şəraitində yaşamaları üçün imkan yaratmalıyıq”.

A.Şilakadze vurğulayıb ki, Bakı dünya miqyaslı tədbirlərə ev sahibliyi edir. Belə bir imic yaradan ölkə gözəlliklə yanaşı, bir sıra digər meyarlara da diqqət yetirilməlidir: “Bakıya çoxlu qonaqlar gəlir. Bunların arasında fiziki qüsurlu insanlar da ola bilər. Onların da Bakının gözəlliyindən zövq almalarına imkan yaradılmalıdır. Bunun isə yeganə üsülü bu sahədə güclü mexanizmlərin qurulmasıdır.

Aysel Kərimova







10 Oktyabr, 2014  11:49 Baxılıb: 837 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner