Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Tacikistanda gərginlik - Düşənbədə SMS-lərə qadağa qoyuldu

Tacikistanda mobil telefonlardan ismarış göndərilməsinə qadağa qoyulub.

Simsar.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Taciksitanın mobil operatoru paytaxt Düşənbədə qısa ismarışların (SMS) göndərilməsini məhdudlaşdırıb.

Mobil operatorların əməkdaşları qeyri-rəsmi olaraq bildiriblər ki, bu barədə tapşırıq hakimiyyət dairələrindən gəlib. Səbəb isə bu gün Düşənbədə müxalifətin keçirəcəyi mitinqin qarşısını almaqdır.

Rusiya mediası isə yazır ki, hakimiyyət paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirib. Şəhərin mərkəzi küçə və prospektlərində nəzarət-keçid mətəqələri qurulub.

Xatırladaq ki, Tacikistan hakimiyyəti tərəfindən separatçı qüvvə elan olunan “Qrup 24” müxalifət təşkilatı bu gün mitinq keçirəcəyinə dair qərarını açıqlayıb.

Qeyd edək ki, “Qrup 24” müxalifət təşkilatı Tacikistan prezidenti İmomoli Roxmanın hakimiyyətindən narazı olan qruplar tərəfindən Rusiyada yaradılıb. Təşkilatın rəhbəri Rusiyada yaşayan tacik iş adamı Umaralı Quvvatovdur.

 

Simsar.az







10 Oktyabr, 2014  10:07 Baxılıb: 904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner