Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Yeddi gözəl” ABŞ-da nümayiş olunacaq

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkarımız Qara Qarayevin "Yeddi Gözəl" baletinin tamaşası keçiriləcək.

Simsar.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən səhnələşdirmə "Yeddi Gözəl" baletinin Amerikada ilk premyerası olacaq. Tamaşa ABŞ-ın ən böyük opera teatrlarından olan, 3 min tamaşaçı tutumuna malik San Dieqo Şəhər Teatrında (San Diego Civic Theater) keçiriləcək. Tanınmış San Dieqo Baleti tərəfindən Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqoda səhnələşdirilən "Yeddi Gözəl" baletinə amerikalılar tərəfindən böyük maraq müşahidə olunur. Baletin musiqisi San Dieqo şəhərində fəaliyyət göstərən nüfuzlu Grossmont Kollecinin orkestri tərəfindən ifa ediləcək.

Tamaşanın xoreoqrafı San Dieqo Baletinin direktoru, yüksək mükafatlar laureatı Xavier Velasko, dirijoru isə doktor Randal Tviddir. Bütün rollar amerikalı balerin və balerinalar tərəfindən ifa ediləcək.

Günel






10 Oktyabr, 2014  09:48 Baxılıb: 878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner