Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Arşın mal alan” Bişkekdə

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyinin dəstəyi ilə bu il oktyabrın 15-də Bişkek şəhərində Azərbaycan musiqisi günü keçiriləcək.

Simsar.az-ın xəbərinə görə tədbir çərçivəsində Bişkek şəhərindəki A.Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında böyük bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının təqdimatı olacaq.

Tamaşanın quruluşçu rejissoru Qırğızıstanın Əməkdar Artisti Sapar İsmailov, dirijoru Xalq Artisti Jumakadır Kanimetov, baletmeysteri Berdalı Pomankulov, xormeysteri Karaqul Tilençiyevdir.

Əsərin librettosunun tərcüməçisi Uzakbay Abdukaimovdur.

Tamaşada əsas rollarda Gülnur Niyazbayeva (Gülçöhrə), Stalbek Junuşaliyev (Əsgər), Nurciqit Asanov (Süleyman), Qırğızıstanın Əməkdar Artisti Kayınbek Kuskakov (Soltan bəy), Kunduz Karıppayeva (Asya), Salıyma Mamatova (Telli), Almazbek İstambayev (Vəli) çıxış edəçəklər.

Tamaşanı teatrın xoru və simfonik orkestri müşayiət edəcək.







10 Oktyabr, 2014  09:25 Baxılıb: 903 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner