Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İslam Partiyasında çalxalanma – Sədr məhkəmə ilə hədələndi – ÖZƏL

“Elçin Manafov sadə dialoq mədəniyyətindən çox uzaqdır. Onun son açıqlaması hansı tərbiyyənin daşıyıcısı olduğunu göstərdi”.

Bunu Simsar.az-a açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin sabiq rəhbəri Cavid Cabbarlı deyib.

C. Cabbarlı keçmiş “şef”inin onun barəsində son dediklərinə şərh verərkən bildirib ki, E. Manafovun söylədikləri şər-böhtandan başqa bir şey deyil.

C. Cabbarlı İslam Partiyasının sədr əvəzi Elçin Manafovu məhkəmə ilə də hədələyib: “Elçin Manafovu debata dəvət edirəm. Qoy gəlsin üz-üzə danışaq. Əks halda, haqqımda təhqir edici ifadələr işlətdiyi üçün, şərəf və ləyaqətimi alçaldan, eyni zamanda işgüzar nüfuzumu zədələmək məqsədi ilə apardığı kampaniyaya görə məhkəməyə müraciət edəcəm”.

Xatırladaq ki, Azərbayan İslam Partiyasının (AİP) mətbuat xidmətinin sabiq rəhbəri Cavid Cabbarlı Simsar.az-a deyib ki, İslam Partiyasının sədr əvəzi Elçin Manafovu tutduğu vəzifəyə layiq deyil və istefa verməlidir: “O, isə buna təhqir və hədələrlə cavab verir və bir neçə nəfərlə sosial şəbəkələrdə məni təhqir etdirir”.

AİP-in sədr əvəzi Elçin Manafov isə cavabında C. Cabbarlıya sərt ittiham irəli sürüb: “Cavid Cabbarlının şəxsi həyatında və əxlaqında bir sıra problemlər var. O, evində qaldığı kişiyə xəyanət etmişdi”.

Hüseyn İbadlı

 

 







10 Oktyabr, 2014  08:36 Baxılıb: 881 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner